Helikopter qəzası zamanı şəhid olan mayor Elmir Həsənovun görüntüləri yayılıb.

Medianews.az bizim.media-ya istinadən xəbər verir ki, görüntülərdə pilotun hərbi vertolyot idarə etdiyi görünür.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.