Ermənistandan böyük miqrasiyanın olacağı gözlənilir.

Musavat.com erməni mediasına istinadən bu barədə xəbər verir. Sosioloqlar ölkədən getmək istəyənlərin sayının nə az, nə çox 200 min civarında olduğunu söyləyirlər. Bu sensasion məlumatı 5 martda İrəvan-Moskva telekörpüsündə professor Aşot Tavadyan bölüşüb. O bildirib ki, ermənilərin Ermənistanı tərk etməsi həm də Rusiya Ermənistanın zərərinə olan ciddi siyasi nəticələrdir. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatının gücləndirilməsi, işsizliyin səviyyəsinin aşağı salınması müsbət dəyişikliklərə səbəb ola bilər.

Qarabağ döyüşlərində sarsıdıcı zərbələr alan Ermənistanın perspektivinə inanmayan ermənilər pandemiyanın bitməsini, sərhədlərin açılmasını səbirsizliklə gözləyirlər. Rəsmi siyahıya görə, əhalisinin sayı heç 3 milyona çatmayan ölkə sürətlə boşalacaq.