Türkiyəli din xadimi qəribə videosu ilə gündəmə gəlib.
Minval.info xəbər verir ki, onun dini qiyafədə məzarlıqdakı çıxışını özündə əks etdirən görüntüsü diqqət çəkib.
Belə ki, ilahiyyatçı özünü çəkərək bu sözləri deyib: “Əziz izləyicilər, İstanbul qəbristanlığından sizə səslənirəm. Mükəmməl mənzərə, mükəmməl. Görürsünüz, anlatmağıma ehtiyac yoxdur. Dünyanın nə olduğunu mükəmməl izah edir. Hər bir halda buraya gələcəksiniz, demərəm. Baxın, torpaqdan gəldin, torpağa gedəcəksən”.
Din xadimi bir növ videosu ilə məşhurlaşan yaşlı kişini təqlid edib.
Xatırladaq ki, onun “mükəmməl görüntülərdir, anlatmağıma ehtiyac yoxdur” deyərək çıxış etdiyi görüntülər trendə çevrilmişdi. Hətta yaşlı kişinin videosundan reklam çarxında istifadə olunub.