94888_1qr10em4bb (1)

“Facebook”un sahibi Mark Zukerberq tərəfindən satın alındıqdan sonra bir sıra yeniliklər gətirilən “Whatsapp”a daha bir funksiya əlavə edilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq “Whatsapp”da fotolar üzərində müxtəlif effektlər və emojilər istifadə etmək mümkündür.

Digər yenilik ön kameraya flaş işıq əlavə edilməsi ilə bağlıdır. Bu funksiya xüsusilə qaranlıq məkanlarda selfi çəkmək istəyənlər üçün nəzərdə tutulub.

“Android” istifadəçilərindən fərqli olaraq “iOS”çular hələ bir müddət güncəlləməni gözləməli olacaqlar.