Tarixin ən qəddar hökmdarlarını saymalı olsaq qarşımızda maraqlı bir mənzərə yaranacaq. Çünki onlar öz adlarını bəşəriyyət tarixinə müxtəlif üsullarla yazırdılar.
Avropa.info xəbər verir ki, tarixin ən qəddar hökmdarlarından bəzisi qan içməyi, bəzisi əsgər öldürməyi, bəziləri də qətliam törətməyi sevirdilər.
Dünyada gəlmiş-keçmiş ən zalım hökmdarlarından bəzilərinin hekayələrini sizə təqdim edirik.
1. Sin Şi Xuandi – Hökmdarlıq tarixi M.Ö. 247-210. İlk Çin imperatoru olan Sin Şi Xuandi həm də Çin səddini tikdirən hökmdar kimi yadda qalıb. Çin səddinin inşası zamanı altı min əsgərin müxtəlif səbəblərlə öldürüldüyü bildirilir.
2. Qay Yuli Sezar Kaliqula – Hökmdarlıq tarixi M.Ö. 37-41. Yuli Sezar İmperator olmaq üçün qardaşlarının hamısını öldürmüş, bacılarına isə təcavüz edərək satmışdı.
3. U Çityan – Hökmdarlıq tarixi M.Ö. 690-705. 14 yaşında taxta çıxan U Çityan Çin tarixinin yeganə qadın imperatoru olub. Rəqibləri kim olursa olsun, ailəsindən olan şəxslərə belə işgəncə verdirib sürgün edən Çityan ölkə sərhədlərini Koreyaya qədər genişləndirməyə nail olmuşdu.
4. Çingiz Xan – Hökmdarlıq tarixi M.Ö. 1206-1227. Çingiz Xan 9 yaşında olarkən onun atası zəhərlənərək öldürülüb. Monqol imperatoru olan Çingiz Xan insanları kütləvi şəkildə öldürən zalım bir hökmdar olub.
5. Tomas de Torkvemada – İspaniya inkvizisiyasının lideri: 1483-1498-ci illər. İspaniya kralı Ferdinantın dövründə inkvizisiyanın rəhbəri olan Torkvemada qəddarcasına qərarlar qəbul etməklə yadda qalıb. Onun iki minə yaxın insan üçün işgəncə qərarı verdiyi bildirilir.
6. III Vlad Tsepeş – Hökmdarlıq müddəti: 1448; 1456 – 1462;1476. Valaxiya hökmdarı olan III Vlad düşmənlərini payaya keçirərək işgəncə ilə ödürməklə tarixə düşüb.
7. İvan Qroznı – Hökmdarlıq müddəti: 1547-1584. Hökuməti yenidən quraraq bütün aristokratları kənarda qoyan İvan ilk həyat yoldaşının ölümündən sonra bütün ailələri aradan qaldırıb. Daha sonra isə oğlunu və qızını öldürüb.
8. I Mariya – Hökmranlıq müddəti: 1553-1558. Kral Henrinin yeganə övladı olan Mariya taxta çıxdıqdan sonra yüzlərlə protestantı qətlə yetirib. Elə buna görə də onun adı tarixə “Qanlı Mariya” kimi keçib.
9. Yelizaveta Batori – Hökmdarlıq müddəti: 1590-1610. Macar qrafinyası olan Yelizaveta 600 kəndli qızı işgəncə ilə öldürüb. Gənc və gözəl qalmaq üçün bakirə qızların qanını içən qrafinya həmçinin qızların ətini dişləyir, qızların qanında çimirdi.
10. Maksimilian Robespyer – Hökmdarlıq müddəti 1789-1794. Fransız inqilabının iştirakçılarından biri olan Robespyer bir çox insana qarşı zorakılıq əməlləri ilə tarixə düşüb.
11. II Leopold – Hökmdarlıq müddəti: 1865-1909. Belçika kralı olan Leopold konqolulardan ibarət olan koloniya ilə insanları qul kimi istifadə edib. Kişi və qadın olaraq ayırdığı qulları bəzi qullara görə işgəncə ilə öldürən Leopoldun vaxtında ölkə əhalisinin 50 %-i öldürülüb.
12. Benito Mussolini – İqtidarda olduğu müddət: 1922-1943. İtaliyanın baş naziri. Zorakılıq dolu Mussolini hakimiyyətinin çöküşü zamanı təmizləmə düşərgəsinə toplatdığı 35-min nəfərdən 18 min nəfərini qətlə yetirdib.
13. Adolf Hitler – İqtidarda olduğu müddət: 1933-1945. Almaniyada hakimiyyətə gəldiyi dövrdən almanların üstün bir irq olduğu fikrini müdafiə edən Hitlerin başqa millətlərdən olan 11 milyon insanı qətlə yetirdiyi bildirilir.
14. General İdi Amin Dada – İqtidarda olduğu müddət: 1971-1979. Uqandanın 3-cü prezidenti olan İdi Aminin 8 illik iqtidarı müddətində Uqandada təxminən 300 min mülki əhalinin qətlə yetirildiyi bildirilir.
15. Auqusto Pinoçet – İqtidarda olduğu müddət: 1973-1990. Çilinin prezidenti olan Pinoçetin dövründə 35 min nəfər işgəncə ilə öldürülüb.