Bakıda ağır yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində 1963-cü il təvəllüdlü Yolağa Ağamalıyev idarə etdiyi “VAZ-2106” markalı maşınla yolu keçən piyadalar – 1969-cu il təvəllüdlü Nahidə Cabbarovanı, 1991-ci il təvəllüdlü Gülbahar Cabbarovanı və 1981-ci il təvəllüdlü Əzizə Hüseynovanı vurub.
Nəticədə N. Cabbarova dünyasını dəyişib. Digərləri isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.