Azərbaycanda sosial şəbəkələrdə, xüsusən Facebook və Twitter-də “Avtoxuliqanlıq və Sığorta” mövzusunda çəkilmiş video çarx yayılıb.
Axşam.az xəbər verir ki, video çarxda, xanım sürücünün idarə etdiyi maşınla toqquşub qəza törədmiş avtoxuliqanın mübahisəsi və onun sığorta şirkətlərindən birinin aqentləri tərəfindən döyülməsi göstərilir. Əldə etdiyimiz məlumata görə, Azsığorta şirkətinin video çarxında çəkilmiş insanlar aktyorlardır və çəkiliş zamanı heç kim xəsarət almayıb, döyülməyib. Video çarxın müəllifləri, Azərbaycan cəmiyyətində, son dövrlər çox müzakirə olunan bir mövzuya, yəni avtoxuliqanların yollarda törətdikləri avtoqəzalar mövzusuna toxunublar.
Video çarx reklam xarakterlidir.