Medianews.az
Günün fotosu - zombilərin göz yaşı
659 baxış

Günün fotosu - zombilərin göz yaşı

KIM CEN Bu şəkil uzaq Koreya yarımadasının şimalındakı zombilər ölkəsində çəkilib.
Şəkildə əlli yaşlı kişiyə oxşayan bu adamın əslində 30 yaşı var, o, ŞKXDR-in qəddar diktatoru Kim Çen Indır.
Hakimiyyət ona birbaşa atası Kim Çen İrdən də yox, babası Kim İr Sendən qalıb.
Bəs onun yanındakı hərbçi qadınlar niyə ağlaşır? Bəlkə o, yeni kimisə topun ağzına bağlayıb, odküskürən silahla dir-diri yandırıb, yaxın qohumlarından biri güllələdib?
Bu halda, yox, elə deyil. Bu qadınlar sadəcə, Kim Çen Ina yaxın olduqları, onun bir neçə metrliyində dayanmaq xoşbəxtliyinə nail ola bildikləri üçün riqqətlərindən ağlaşırlar.
Onlar üçün bu potasifət diktator dünyanın ən ali, müqəddəs, əlçatmaz, əfsanəvi varlığıdır, amma birdən-birə ilahi qismətlərini yetirib, onun bir metrliyində ola biliblər. İlahi səadət!
Total təbliğatla, dünyadan təcrid olunmuşluqla, qapalı dövlətə bir adi, fani insanı müqəddəs varlıq sayıla biləcək qədər ilahiləşdirmək mümkündürsə, milyonları da zombiləşdirmək mümkündür.
Bu gün Şimali Koreya dünyanın ən kasıb ölkələrindən biridir, ildə 100 mindən artıq insan xroniki qida çatışmazlığından, aclıqdan ölür, fəqət onlar xoşbəxtdir. Kim Çen In sağdır, bu, onlara bəsdir.
Bu şəkil də məhz insanın zombiləşməsinin şəklidir.
Musavat.com

Bizə qoşulun