Medianews.az
Lənkəran Dövlət Universitetinin tələbələrinə 3 aydır ki, taqaüd verilmir
222 baxış

Lənkəran Dövlət Universitetinin tələbələrinə 3 aydır ki, taqaüd verilmir

Lənkəran Dövlət Universitetinin IV kurs tələbələrinə 3 aydır ki, təqaüd verilmir. Tələbələrin verdikləri məlumata görə, onlar aprel, may və iyun ayı üçün təqaüdlərini ala bilmirlər. 

Maraqlısı odur ki, Universitetin digər kurs tələbələrinin təqaüdlərinin verilməsində problem yaranmadığı halda məhz IV kurs tələbələri bu problemlə qarşılaşıblar. Təqaüdlərini ala bilməyən tələbələr Universitet rəhbərliyinə müraciət etsələr də rəhbərlikdən onlara problemin Maliyyə Nazirliyi ilə bağlı olduğu bildirilib. 

Qeyri-iş günü olduğundan Lənkəran Dövlət Universitetindən məsələ ilə bağlı münasibət öyrənə bilmədik. Mövzunu diqqətdə saxlayacağıq.

Bizə qoşulun