
Gülşen Ayşe Armana verdiyi müsahibədə xüsusilə eşq və seks həyatı ilə bağlı şok açıqlamalar verib.
Mən onun qara saçlarını bəyənmədiyimi yazmışdım. "Əvvəlki sarışın halına qayıt, Gülşen!" demişdim. Yanılmışam sən demə. Tv-də və qəzetlərdə çox sərt durur.
Həqiqətdə elə deyil. Çox şirin və seksi bir qadındır. Layihə kimi deyil, süni deyil, təbi seksiliyi var. Naturasında var. Sürətli düşünür, beyni açıqdır və səmimidir...
- Albomun ilk hiti "Yatcaz, kalkcaz ordayım" çox hiperaktivdir.
- Bu mahnını dinləyən və klipi izləyən əslində mənimlə bağlı çox fikir sahibi olar. Coşqun bir tərəfi var. Daha doğrusu uşaqlara xas xəyal gücü var. Maneələrə məhəl qoymayan, hər şeyi edə biləcəyinə inanan biri var içərisində. Murad Küçük də tamamilə o şəkildə, zərərli bir klip çəkdi.
- Ozan Çolakoğlu ilə studiyanın əsas üzvləri kimisiniz. Oxuma otağına girib-çıxan musiqiçilər, iclasa gələnlər dəyişir, amma qoz-badam, filtir qəhvələr və siz həmişə sabitsiniz. Hansı müstəviyə keçib Ozan Çolakoğlu ilə münasibətiniz? Telepatiya ilə başa düşməyə başladınız?
- Həqiqətən də həmişə ordayıq. Onsuz da, deyəsən həyatımda studiya, səhnə və idman xaricində çox şey yoxdur. Düzdür, Ozanla telepatiya vasitəsilə bir-birimizi başa düşürük. Danışmağımıza ehtiyac yoxdur. Qalxan bir qaş, çəkilən bir çiyin bəs edir. Çox yaxşı ünsiyyətimiz var, möhtəşəm şeylər edirik. Həmişə davam etsin...
Ajda Pekkana mahnı yazıram
- Üç ildir görürəm ki, öz mahnılarınızdan əlavə bir çox hit sizindir. Mahnı və sözlərinin yazarı kimi də ən parlaq dövrünüzdür. Yeni nəsə varmı?
- Mən musiqi üçün doğulmuşam. Mahnılarımla (musiqimlə) insanların həyatını dəyişdirmək üçün varam.
- Peter Pan kimi danışdınız...
- Mahnılarımla bəzilərinə ilham verdiyimə, onların həyatına bəzi şeylər əlavə etdiyimə, çox şeyi dəyişdirəcəyimə inanıram. Qulaq asana da, mənimlə eyni işi görən dostlarıma da ilham verdiyimi düşünürəm. Məndən mahnı istəyən çox dostum olur, bəziləriylə elə bir məqamda görüşürük ki, “mən sənin üçün möhtəşəm bir şey edəcəm” deyirəm. Həmin an hiss edirəm və başlayıram.
- Yəni dərzi kimi hər kəsə uyğun iş görürsünüz...
- Bəli. Misal üçün bu söhbəti Murat Dalkılıça etdiyimi xatırlayıram. "Elə bir şey edəcəm ki, bambaşqa bir şey olacaq" demişdim. Həmin vaxtdan etibarən yatanda, duranda, yemək yeyəndə, film izləyəndə eşq kimi, sevgili kimi həyatımda ancaq Murat oldu. "Bir güzellik yapsana" bu şəkildə ortaya çıxdı. Məncə, geyim həmin vaxt birinin üstünə tam oturur. Hadisədə də, Bülent Ersoyda da belə oldu.
- Başqa kimə mahnı yazacaqsınız?
- Həmişə deyirlər e... sürprizlər var, sonra da heç nə olmur. Bir hissəsini söyləyə bilmərəm, ancaq Ajda Pekkanı saxlaya bilməyəcəm deyəsən. Ona bir mahnı yazıram, çox həyəcanlıyam.
- Yazmaq ən güclü tərəfinizdir? Misal üçün telefonla mesajlaşmağı seçərsiniz, yoxsa danışmağı?
- Telefonda danışmaqdansa mesaj yazmağı seçirəm. Bəli, yazmaq mənim ən güclü tərəfimdir.
- Dalaşmağınızı və barışmağınızı mesaj vasitəsilə edirsiniz?
- Dalaşmağımı yox. Dalaşanda çox danışıram. Yəni mənim üçün dəyərlidirsə, davasını çəkirəm. Gözdən düşmüş bir şeylə bağlı dalaşmıram. Təsirsiz işçiyə çevirirəm.
- Yaraşıqlı və komik biri, bunlardan hansı sizi tovlayar?
- Zəngin daxili dünyasını zəkasıyla dərinləşdirən biri. Yəni komik biri.
- Karyeranıza çox ciddi şəkildə maddi və mənəvi sərmayə qoyursunuz...
- Bu mənim işimdir. Hər şey bir bütün, hamısı yaxşı olmalıdır. "Səsim gözəldir, pis geyinsəm nə olar, mahnı sözləri yazıram, boş ver xarici görünüşümü" deyə bilmərəm. Mənəvi sərmayə də qoyuram. Gözəl bir qəlb işlədiyim insanlarda axtardığım xüsusiyyətdir. Dizayner Zeynep Tosun, fotoqraf Emre Ünal, moda redaktoru Mahizer Aytaş, köməkçilərim Beste və Musa, menecerlərim, həyatımdakı hər kəsin heyran qaldığım xüsusiyyətləri var. İnsanların gözünün içinə baxıram ki, qidalanım. Heç yaşaya bilməyəcəyim həyatları güzgü tuturmuş kimi onlarda görürəm. Baxacağam ki, görə bilim, görəcəyəm ki, yaza bilim. Nə edirəmsə, oyam.
- Səhnədə kliplərinizdə gözəl rəqs edən seksi bir qadınsınız. İndi birlikdə bir partiyə getsək, nə edərsiniz?
- Bir qıraqda oturub insanları seyr edən biri olaram. Barda rəqs edən biri də ola bilərəm. O mənim günümdən, ruhi vəziyyətimdən asılıdır.
- İçib coşursunuzmu?
- İçki içmirəm. İçmədən də coşuram, genimdə var.
- Sizi çox yaxşı ifadə edən bir mahnını döymə etdirmək istədiyinizi duydum...
- Bəli, elə bir qərar versəm, döymə etdirəcəm.
- Öz yazdığınız mahnını etdirərdinizmi?
- Yox. Çox qəribə olar, utanıram. Bu öz şəklini böyüdüb divara asmaq kimidir.
- Bir bəstəkar kimi Gülşen hansı uğurlara imza atıb?
- Albom 21 fevralda DMC etiketi ilə nümayiş olundu. İstehsal və nizamlama işləri Ozan Çolakoğluna aiddir. Bütün mahnıların sözlərində və musiqisində Gülşen imzası var. Albomu 3 ildən sonra nümayiş olundu, amma o bu müddət ərzində bir yandan səssiz-sədasız özü üçün işləyərkən, bir yandan da söz və mahnı yazan biri kimi Murat Dalkılış - "Bir güzellik yapsana", Hadise - "Superman", Ozan Çolakoğlunun albomundakı "Seyre dursun" hitlərini çıxarıb.
- Tək özünüzün deyil, ətrafınızdakıların da yeməyinə-içməyinə həmişə nəzarət edirsiniz. Həyat sizə çətin gəlmirmi?
- İdarə olunmaz bir nəzarət manyakıyam. Albomun adını bir ara "Beni durdursan mı?" yox, "Beni durdursam mı?" edəcəkdim. Özümdən asılı deyil. Narahatçılıqdan yaranan və get-gedə böyüyən bir şeydir.
- Albom işində çox özünüzə qapandınız. İndi çıxacaqsınızmı çölə?
- Psixoloqum Şeyda Coşqun ilə açıq havada gəzməyimlə Bebekdə yaşadığımı anladım. Yəni küçədəyəm. Bebek qəhvəxanasında Gülşen menyuları var. Yağsız, ağ omlet, çiyələk, böyürtkən, yulaf əzməsi.. "Gülşen menyusu" deyincə gətirirlər...
- Ananızla atanızın münasibətini necə xatırlayırsınız?
- Eşq üzərində bina edilmiş bir münasibətdir. Bir-birlərindən heç ayrılmayan və ayrılmayacaqlarını da hiss etdirən bir cütlükdür. Hələ də elədirlər. 40 ildir...
- Yaxşı, bu eşqin gücü, dozası nə qədərdir?
- Qətiliklə aralarında bir ruh axışı, bir qığılcım var. Bir də bir-birlərinə duyduqları o sonsuz inamdan həmişə təsirləniblər. İçimdən həmişə "Görəsən nə vaxtsa mən də belə bir adam tapa biləcəm?" demişəm. Məsələn anam bir dəfə "bilirsənmi, atan 40 il boyunca məni heç aldatmayıb" dedi. Bir qadının ağzından çox çətin çıxan bir cümlədir bu. Amma təbi ki belə bir eşqə şahid olaraq böyüməyin mənfi tərəfləri də var...
- Nə kimi?
- Umduqların çox olur. Uşaq ikən nəyi görürsənsə, nəyi yaşayırsansa, müstəqil həyata qədəm qoyduqdan sonra da eyni şeyləri istəyirsən. Sonra da mənim kimi atdan yıxılmışa dönürsən.
- Sizin eşqi özünüzə xas yaşama şəkliniz varmı?
- Oooooo... Mən hər şeyi unuduram. Dostlarımı, ailəmi, işimi, hətta özümü. Sadəcə aşiq olduğum insan olur ağlımda. Yer üzündə ondan daha mühim biri olmur həyatımda. Bunun doğru bir şey olmadığını bilirəm. Belə aşiq olan insanlar da artıq yoxdur, heç kim mənim kimi axmaqcasına və dərinləməsinə yaşamır eşqi. Belə olanda heç kimin mənim kimi canı yanmır. Ancaq "Zərər görərəm, ya görmərəm?" deyə özünü hesaba çəksən, yaşadığın şey eşq olmaz. İşin içinə hesab girir, məntiq girir. Mən məntiqli bir şeyin eşq olacağına inanmıram. Həqiqət budur demirəm, sadəcə mən belə yaşayıram.
- İlk eşq?
- 20 yaşında idim, ilk eşqimlə evləndim...
- Nə ağılla?
- Nə ağılı? Ağıl, məntiq axtarma. Dedim axı aşiq olanda ağlımı itirirəm. O qədər tez evlənməyin qəbul olunacaq bir səbəbi yoxdur. Ola bilməz də. Çox bərk aşiq olmuşdum. Sevişdiyim ilk kişi idi. İlk albomum çıxmış və böyük reytinq qazanmışdı. Dəbə uyaraq bir klubla müqavilə bağladıq, həmin vaxtlar belə edilirdi. Bax həmin klubun sahibi idi. 3, 5 il sürdü münasibətimiz. Çox güclü yaşadım, kor idim. Sən demə o başqa biri imiş, mən görmək istədiyimi görürmüşəm.
- Kişilərlə münasibətiniz həmişə belə olur?
- Bəli, limitsiz kreditlə başlayıram, sonra yavaş-yavaş azalır. Problemlər yaşandığı zaman qarşı tərəfə hiss etdirmirəm, həmişə öz içimdə həll etməyə çalışıram, özümü hesaba çəkirəm. Ancaq vaxt gəlir həqiqətləri görməyə başlayıram və qəflətən məndən gözləmədiyi bir şəkildə
Arxaya dönüb, "mənə yaxşı yol" deyirəm.
- Hər qadının həyatında digər qadınlardan çox fərqli olmadığını hiss etdirən bir kişi olur. Sizin həyatınızda o kimdir?
- Erol. Öncə özümü şahzadə kimi hiss etdirib sonra da bir anda yuxudan oyanmağıma səbəb olan adam.
- Amma xoş şeylər yaşamısınız ki, bu adamla birlikdə olmusunuz...
- Yaşamamış olaram? Həm də ehtiraslı və şəhvətli bir şey yaşadım. Başda iş münasibəti idi. Təəssüf ki, idman zallarında, kinostudiya növbələrində tanış ola bilmirəm kişilərlə. İş şəraitində tanış oluram onlarla. Prodüserim idi. Evli olduğunu bildiyim üçün mənə olan münasibətinə laqeyd yanaşdım. Sonra boşandığını söylədi, hətta sənəd-mənəd göstərdi. İnsan bunun saxta olduğunu ağlına gətirərmi? Sonradan həqiqətən boşanıb, ancaq mənimlə əlaqəsi yoxdur, xəbərim də olmayıb. Mənə o qədər aşiq olmuşdu ki, ya da elə görünürdü, təsirlənməmək imkansız idi. Mən necə hər anımı aşiq olduğum insana həsr edirəmsə, Erol da mənə eyni şeyi yaşatdı...
- Yaxşı, amma çox insan eşq münasibəti yaşayır və ayrılıb öz yolu ilə gedir. Sizin münasibətiniz niyə belə oldu? Niyə "sizin başınıza gəldi?"
- Bilmirəm, bəlkə də o əvvəl bu qədər sevilməyibmiş...
- Yaxşı. Adam arvadının yanına dönüb, niyə bu çəkişmə hələ də davam edir.
- Həqiqətən bilmirəm.
- İntiqamdır?
- Elə görünür. Mənə qarşı dəhşətli qəzəbi var.
- Səbəb ondan ayrılıb Reha Muhtarla bərabər olmağınız olarmı? "Məni bu qədər sevən qadın necə olur başqasıyla bərabərdir..." kimi fikirləşər...
- Yoo... mən getmədim, gedən o idi. Reha ilə birlikdə olduğum vaxtlarda tənha biri qadın idim. O onsuz da seçimini etmişdi.
- Sizə ən pis təsir edən nə oldu?
- Yaşadıqlarımızın arxasında durmamağı. Mən hər cür rüsvayçılığa baxmayaraq, "bu adamla bir vaxtlar ehtiraslı eşq yaşadım" deyirəm, deyə bilirəm, olanları sahiblənirəm, çünki həqiqət budur. O isə hər hərəkəti ilə, hər sözü ilə yaşadıqlarımızı yox saydı, sayır. Bundan daha şərəfsiz bir şey düşünmürəm. Həm də çox incidicidir. Onsuz da, aylarla başqa bir qadının başına gəlmiş fəlakət kimi izlədim hadisələri, müəyyən məsafə saxlayaraq. Amma bir gün evdə tək olduğum zaman hıçqıraraq ağlamağa başladım: "bütün bunlara layiq olacaq nə etdim mən?" deyə.
- Ayrıldıqdan sonra ad gününüzdə sizə hədiyyə məqsədiylə mahnılarınızdan ibarət CD hazırlayıb paylayır... Bu nə mənaya gəlir?
- Özünə görə lağa qoyur məni. "Bu da ad günü hədiyyən olsun" deyir. Bir də mənə elə gəlir ki, ad günümü unutmadığını vurğulamış olur. Hərçənd ki, yaxşı prodüserdir, amma o CD onun sənətinə yaraşmayacaq şəkildə musiqi keyfiyyəti aşağı olan bir albomdur. Mənim səsimdən demo qeydlərdir. Üç il öncə oxumuşam, amma "Yox bunlar yaxşı deyil, alboma salmaq isəmirəm" dediklərimdir. Onlardan albom hazırlayıb. Məndən icazəsiz, 5 mahnının sözlərinin və musiqisinin də altına başqasının adını yazıb. Məhkəməyə vermişəm təbi ki...
- Bu adam bəlkə sizdən əl çəkmək istəmir?
- Elə deyənlər var. "Qızım, bu adam hələ də sənə aşiqdir" deyənlər var. Amma mən deyirəm ki, heç kim bir daha mənə belə aşiq olmasın. Çünki dözüləcək biri deyil.
- Bu filmin adı "Güllərin savaşı"dır, yoxsa "Öldürən cazibə"?
- Öldürə bilməyən cazibə. Ancaq həmişə öldürməyə cəhd edir.
- Eşqin nifrətə çevrilmiş halımı?
- Bəli, tamamilə doğrudur.
- Yaxşı nifrətin eşqə çevrilmə ehtimalı varmı?
- Allah yazdısa, pozsun.
- Ehtiraslı bir eşq macərası, yoxsa bir iş macərası?
- Mənə görə ehtiraslı bir eşq macərası... İdi. Onun necə düşündüyünü bilmərəm.
- Sizin uğurlarınızın səbəbkarı indiyə kimi Erol Köse idi? O sarışın seksi qadın, boks əlcəkli şəkillər, ehtiraslı kliplər...
- Şübhəsiz ki, payı var. Amma heç kim bir heçi var edə bilməz. Var olan bir şeyi ancaq parlada bilərsiniz. O da bunu etdi. Ancaq işığı yoxdursa, səsi yoxdursa, yaradıcılığı yoxdursa, bu insana heç nə edə bilməzsiniz. Mən o dövr üçün doğru insanla işlədim. İş baxımından mühüm proyektlərə imza atdıq. Uğur qazandıq, ancaq bu uğur iki tərəfin uğuru idi. O məni nə qədər var etdisə, mən də onu o qədər var etdim.
- Sizi yaratdığını düşünə bilərmi: "Onu mən yaratdım, qoymaram başqasının olsun!"
- Tamamilə doğrudur. Bəlkə də hər şeyin təməlində yatan fikir budur.
- "Səndən əl çəkməmək, səni narahat etmək" halının səbəbi də bu ola bilərmi?
- Ola bilər...
- Çox vaxt əl çəkməyən qadınlar olur. Keçmişlə qarşılaşanda bir qadın ondan necə dərs çıxarır: "Çox pis şey imiş, bir də heç kimə saqqız kimi yapışmaram" deyirsinizmi?
- Yox, elə demirəm. Mən onsuz da, xaraktercə anam-atam daxil, kiməsə yük olmağı sevməyən biriyəm. Heç kimə də yapışıb qalmaram. "Hər şey bir dərsdir" və s. deyirlər, bəli, mən bu yaşadıqlarımdan bir dərs aldım. Amma təəssüf ki, bu dərsin mənə faydası olacağına inanmıram. Belə bir təcrübəni kimin üstündə yoxlaya bilərəm ki? Erol qədər fəlakət bir adam ola bilməz. Dolayısı ilə qazandığım bu təcrübəylə qaldım mən.
- Əvvəlki münasibətinizdə çatışmayan şeyləri sonrakında əldə etməyə çalışırsınız?
- Deyəsən.
- Bir sonrakı münasibətinizdə, Reha Muhtarda nə tapdınız?
- Ağlayacaq bir çiyin, sığınılacaq bir liman. Yalan söyləməyən biri ilə qarşılaşmaq mənim üçün bir nemət idi. Onunla vaxt keçirmək əyləncəli idi. Reha ilə ehtiraslı şeydən çox fərqli bir şey yaşadım. Onsuz da, həmin vaxtlarda belə bir şey mümkün deyildi. Həmin vaxt çox yaralı idim. Bir şeyi bıçaq kimi kəsib başqa bir insanla ehtiraslı bir şey yaşamaq mümkün olmur. Qırılıb tökülmüş eşq hekayəsindən sonra sadəcə dinclik axtara bilər insan.
- Niyə münasibətlərinizin arasında heç boşluq yoxdur?
- Deyəsən mən özüm-özümlə qalmaq əvəzinə qaldığım yerdən bir başqasıyla davam etməyə üstünlük verirəm. Başqa cür mənə çox çətindir.
- Hazırda sizinlə məşğul olan birindən qurtulmağa çalışarkən, digər tərəfdən yeni eşq macərası yaşayırsınız. Çətin olmur?
- Yox, çünki Erolu çoxdan unutmuşam. Onsuz da qarşılıqlı şikayət etməklə məşğuluq. İndiki sevgilim bu işlərin xaricindədir, tamamilə fərqli dünyadandır...
- Çox gözəl eviniz olmalıdır...
- Bəli, çox gözəldir. Bebekdədir. Ancaq inşaatı bitmək bilmir. Çünki memar sevgilim bir şeyi edir, sonra "yox bundan daha yaxşısı var" deyib söküb dəyişdirir. Davamlı bir dəyişiklik var. Beləcə inşası bitib qurtarmaq bilmir.
- İndiki Gülşen necə Gülşendir?
- Mən artıq sadə olmaq istəyirəm. Gözə batan yox, gözə çarpan qadın olmaq istəyirəm...
- Ehtiraslı qadın imicinin sizə zərər verdiyinə inanırsınız?
- Yox, tam elə deyil. Ehtiraslılıq mənim baxışımda, duruşumda, təbiətimdə var. Məndə təbii olmayan bir şeydən bəhs etsəydik, zərəri ola bilərdi. Sadəcə keçmişdə bunu daha çox önə çıxarırdım, indi buna üstünlük vermirəm. Hayqıran seksdən xoşum gəlmir. Çünki etdiyim işin önünə keçir. Mənim eyni zamanda mahnı sözləri yazan, həm də mahnı bəstələyən olduğumu bilməyən on minlərlə insan var. Mən musiqi təhsili də aldım, konservatoriya məzunuyam. Yaxşı mahnı söyləyə bilmək üçün var gücümlə çalışıram. Amma altı qırmızı qələmlə xətlənmiş ehtiraslı görünüş bunların önünə keçir.
publika.az





