Medianews.az
Şamil Süleymanov: “Qeyrət hər nədirsə, papaq deyil”
588 baxış

Şamil Süleymanov: “Qeyrət hər nədirsə, papaq deyil”

 

Kulis.Azın  “Tək Kəlmə” layihəsinin qonağı olan  aktyor Şamil Süleymanov bir kəlməlik suala tək kəlmə ilə assosiativ cavablar verib

 

- Kino

 

- Hərdən öz cavanlığına baxmaq.

 

- Müsəlmançılıq

 

- Hamını sevmək.

 

- O qadın

 

- Həmişə yanımdadı.

 

- İnternet

 

- Əziyyətsiz informasiya.

 

- Azərbaycan teatrı

 

- Abbas Mirzə.

 

- Türkün məsəli

 

- Novruzəli. “Poçt qutusu”ndakı Novruzəli.

 

- Allah

 

- İnanıb güvəndiyim.

 

- İnqilab

 

- Tarix müəlimim.

 

- Jurnalist

 

- Rza bəy. Rza bəydən Mirzə Cəlilədək çətin və şərəfli yol.

 

- Toy

 

- Səs-küy. Umu-küsü. Əlçatmaz xoşbəxtliyi gülər üzlə bəy gəlinə arzulayan sifətlər.

 

- Milli

 

- Özümünkü.

 

- Məktəb

 

- Zəng.

 

- Qarabağ

 

- Şuşa, Natəvan, Üzeyir, Bülbül...

 

- Qocalıq

 

- Cavanların dalınca yerli yersiz deyinmək

 

- Qeyrət

 

- Hər nədirsə, papaq deyil.

 

- Qonorar

 

- Arvad üçün qadınlar bayramı.

 

- Vətən

 

- Mən bilmirəm bu pafosdur, nədir, amma mən onsuz qala bilmirəm.

 

- Arvad-uşaq

 

- O qadın...

Bizə qoşulun