Medianews.az
İbrahim Tatlısəslə Kim Kardaşyan qohum olur?- Fotolar
367 baxış

İbrahim Tatlısəslə Kim Kardaşyan qohum olur?- Fotolar

Hamı ondan əvvəl bacısını tanıyırdı. Amma artıq onun şöhrəti bacısını da geridə qoymağa başlayıb. 

Türk mediası xəbər verir ki, son vaxtlar adını daha çox eşitdirən Kendall Jenner, dünyanın ən çox göz önündə olan tanınmış şomeni  Kim Kardaşyanın ögey bacısıdır.
18 yaşı olan gənc qız Kim Qardaşyanın anası Kris Jennerin ikinci evliliyindən dünyaya gələn böyük qızıdır. Kris Jenner məşhur vəkil Robert Kardaşyan öləndən sonra sabiq idmançı Bruce Jenner ilə ailə qurub.

Bütün həyatını kameralar qarşısında keçirən Kendall Jenner ilk dəfə 4 yaşında maqazin jurnallarından birinin “Gözəl İnsanlar” adlı özəl sayı ilə şou dünyasına addım atıb.
Uzun boyu, cəlbedici bədən quruluşu ilə və ən çox da ögey bacısı Kim Qardaşyan sayəsində hamının marağına səbəb olan K. Jenner, 14 yaşındaykən modelliyə başlayıb.“OK”, “Teen Vogue “kimi məşhur jurnallar üçün örtük şəkilləri çəkdirib.

Gənc qızlar üçün geyim istehsal edən firmalardan birinin ən gözdə manikeni olub. Kendall kiçik qardaşı Kayli ilə birlikdə öz adlarına uyğun geyim markası da yaradıb.Bütün öz ve ögey bacı-qardaşlarının da rol aldığı “Keeping Up With Kardashians”la  2007-ci ildə ekran  təcrübəsinə başlayıb.

türk mediası İbo Tatlısesin də Kendall Jennerə platonik sevgisi hekayəsindən bəhs edir.

Keçən il K. Jennerə olan heyranlığını Twitterdən etiraf edən İdo "Bəli açıqlayıram, K. Jennerə aşiqəm" deyə Tatlıses yazıb.İdonun bir dostu da bu mesaja belə cavab verib, "Bax Kendall, Urfaya gelin gələcəksən. İdoya arvad, uşaqlarına ana olacaqsan!"Göründüyü kimi çox yaxşı bir təşkilatçı olan anası K. Jennerin köməkliyi ilə də Kendall Jenner bu yaxınlarda şöhrət sahəsində bacısı Kim Kardaşyanı da geridə qoyacaq.

Bizə qoşulun