
Kriminal aləmin «xaç atası” hesab edilən Ded Xasanın indiyə qədər barəsində çox şey bilinməyən nəvəsi tapılıb.
Bu «Dinamo”nun gənclər komandasında oynayan 23 yaşlı yarımmüdafiəçi Omar Faroyandır.
Rusiya mətbuatı xəbər verir ki, Faroyan özü bu barədə sualları xoşlamır və indiyə qədər cavablandırmayıb. Ancaq keçmiş polis əməkdaşı Vitali Yarema mətbuata açıqlamasında bildirib ki, Usoyan dəflərlə nəvəsini görmək üçün Kiyevə gəlib: “Bizə məlumat verilirdi ki, Usioyan paytaxta gəlir. Ancaq o, burada heç bir “sxodka” keçirmir, nəvəsini görüb geri qayıdırdı. Bizdə olan məlumata görə o, bir neçə dəfə paytaxta gəlmişdi”.
Məlumat üçün bildirək ki, Ded Xasanın Nodari adlı oğlu və Nuna alı qızı olub. Qızı Dulşa Avdoeva ilə vətəndaş nikahından doğulub.
Ded Xasan “qanuni oğru”ların rəsmi nikaha girməməsi kimi ənənənin tərəfdarı olaraq nikahını rəsmiləşdirməyi düşünməyib. Oğlu Nodari Rusiyada yaşayır və bizneslə məşğuldur. Arvadı və qızı isə Tbilisidə yaşayır. Omaq Faroyanın isə Ded Xasanını qız nəvəsi olduğu güman edilir. O, 1990-cı ildə Ukraynada doğulub və atasının soyadını daşıyır.
Futbolçu dostları onun Ded Xasanın nəvəsi olduğundan əmin olmasalar da “fövqəladə gücə” malik oluğunu bildiriblər: “Açıqürəkli oğlandır. Futbolçulaırn maşınları oğurlananda kara gəlir. Çoxları onun babası haqqında bilirdi və deyirdilər ki, kömək edə bilərmi? O heç vaxt imtina etmir və maşınlar tapılır”.