
Türkiyənin Dənizli şəhərində 21 yaşlı Mustafa Özaşkın evdar qadın olan 22 yaşlı bacısı Nazmiye Sönmezin başını kəsərək, öldürüb. O, hətta cinayəti törədəndən sonra hadisə yerində kürəkəninin evə gəlməsini gözləyib. Daha sonra isə polisə təslim olub.
Teleqraf.com xəbər verir ki, hadisə dünən saat 22:30 radələrində Atalar məhəlləsində baş verib. Bir oteldə ofisant işləyən Mustafa Özaşkın 1 uşaq anası olan bacısı Nazmiye Sönmezin evinə gedib. Ərini aldatdığını iddia edərək bacısıyla mübahisə edən Mustafa öncə onu boğmağa çalışıb. Sonra mətbəxdən çörək bıçağını alan Mustafa bacısının başını kəsərək bədənindən ayırıb. Mustafa Özaşkın daha sonra bərbər işləyən kürəkəni İrfan Sönməzin evə gəlməsini gözləyib. Evə çatanda arvadının cəsədini görüüncə dəhşətə gələn Sönməz polisə xəbər verib. Polis Mustafa Özaşkını həbs edib, hadisə yerində araşdırma aparıb. Nazmiyə Sönmezin cəsədi isə tibbi ekspertizaya göndərilib. Tibbi müayinədən keçirilən Mustafa Özaşkının rahat davranışları diqqət çəkib.