Medianews.az
Məhəmməd peyğəmbərin saqqalının tükləri tapıldı
152 baxış

Məhəmməd peyğəmbərin saqqalının tükləri tapıldı

Qazaxıstanda 85 yaşlı qadının Məhəmməd peyğəmbərin (s.ə.s) saqqalının tüklərini evində saxladığı məlum olub. 


“Qafqazinfo” xəbər verir ki, ANS PRESS-in BNews-a istinadən verdiyi məlumata görə, 83 yaşlı Faimə adlı qadın Akmolin mahalının Sadovoe kəndində yaşayır. 

İmam Kayrat Kıdırminin verdiyi məlumata görə, peyğəmbərin 3 santimetr enində olan saqqalının tükü hər iki tərəfi gümüş haşiyə ilə örtülmüş şüşə qabda saxlanırmış. 

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s.ə.s) vəfatından sonra ən sevimli bərbəri tərəfindən saqqalının kəsildiyi deyilir. Saqqalın bir hissəsi indiyədək Türkiyədə Topqapı sarayında nümayiş etdirilir. Osmanlı padşahı Sultan Səlimin 1517-ci ildə Misir səfərindən sonra İstanbula gətirilən Saqqalı-Şərif burada sərgilənir.

Bizə qoşulun