Medianews.az
99 yaşlı nənə 11-ci mərtəbədən sallandı (FOTO)
261 baxış

99 yaşlı nənə 11-ci mərtəbədən sallandı (FOTO)

 

 

"Cəsur nənə" 99 yaşını belə qeyd edib

İngiltərədə yaşayan bir qadın 99 yaşını qeyri-adi formada qeyd edib. ANS PRESS-in məlumatına görə, Doris Lonq adlı qadın 11-ci mərtəbədən iplə sallanıb. 

O, bu işə 85 yaşından başlayıb. Xeyriyyə qurumlarına yardım məqsədlilə binaların başından iplə sallanan "Cəsur Doris” ləqəbli nənə rekorda vurub. O, iplə eniş edən ən yaşlı qadın adına layiq görülüb. 

35 metrlik binadan eniş edən 99 yaşlı qadını 7 yaşlı uşaqda müşayiət edib. Lonq ilk təcrübəsində çətinliklər yaşayan yol yoldaşınada yardım edib.

Bizə qoşulun