
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlə bağlı səsləndirdiyi qalmaqallı bəyanata münasibət bildirib. Musavat.com-un məlumatına görə, Hacıbala Abutalıbov deyib ki, "jurnalist göbrəndə elə bil qəbirdə ölü görürəm" bəyanatını bütün jurnalistlərə şamil etməyib. O, Musavat.com-a videomüsahibəsində bunları deyib.