“WealthInsight” dünyanın milyarder və multimilyonerlərinin yaşadığı ölkələrin siyahısını açıqlayıb. Reytinq siyahısında ilk yeri Nyu-York tutur. Şəhərdə 70 milyarder yaşayır. İkinci sırada isə Rusiyanın adı çəkilir. Moskvada milyard dollardan çox vəsaiti olan 64 insan yaşayır. Buna görə də ölkənin paytaxtı dünya ölkələri arasında 2-ci yerdə qərarlaşır.
Moskvada yaşayan milyarderlərin adları açıqlanmır. CEO jurnalına əsasən, Rusiyada 131 dollar milyarderi var ki, onların da təxminən yarısı paytaxtda yaşayanlardır. İlk beşliyə həmçinin London (54 milyarder), Honkonq (40 milyarder) və Pekin (29 milyaredr) daxildir.
“WealthInsight” multimilyonerlərin də siyahısnı açıqlayıb. Bu reytinqdə ilk yeri 4224 multimilyonerin yaşadığı London tutur. İkinci yerdə Tokio (3525), üçüncü yerdə Sinqapur (3154), dördüncü yerdə Nyu-York (2929), beşinci yerdə isə Romadır (945).