Medianews.az
Prezident Bakıda binanın sürüşdürülməsi prosesini izlədi (FOTO)
294 baxış

Prezident Bakıda binanın sürüşdürülməsi prosesini izlədi (FOTO)



Prezident İlham Əliyev aprelin 27-də paytaxtın "Qış parkı" adlanan istirahət kompleksində tikinti işləri ilə tanış olub. AzərTAc dövlət agentliyinin məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, yeni salınan bu kompleks şəhər daxilində ən böyük parkdır. Ərazisi 7 hektar olan parkın 20 min kvadratmetrlik sahəsinə qranit və keramik plitələr döşənib.

İşlərin 90 faizinin görüldüyünü deyən Hacıbala Abutalıbov parkda 2000-ə yaxın ağac, 10 mindən çox bəzək kolu, çoxlu sayda gül və çiçəyin əkiləcəyini, ərazinin bütünlüklə yaşıl otlarla örtüləcəyini qeyd edib.

Prezident İlham Əliyev Füzuli küçəsindəki 39 nömrəli binanın sürüşdürülmə yolu ilə köçürülmə prosesi ilə də tanış olub. Qeyd edək ki, 1908-ci ildə Hacınski qardaşları tərəfindən inşa etdirilən bu bina tarixi memarlıq abidələri sırasına daxildir. 18 min ton ağırlığında olan bu tarixi memarlıq binasının əvvəlki görkəmi saxlanmaqla 10,5 metr sürüşdürmə yolu ilə yerinin dəyişdirilməsi prosesinə aprelin 23-də başlanıb. Sürüşdürülmə prosesini dünyada bu sahədə ən qabaqcıl təcrübəyə malik olan Hollandiyanın “Bresser” şirkəti həyata keçirir.

 

Bizə qoşulun