Əməkdar incəsənət xadimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Rəhman Əlizadə evə buraxılıb. Bu barədə APA-ya Rəhman Əlizadənin müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib. Xəstəxanadan bildiriblər ki, həkimlər R. Əlizadənin sağalmasına ümid qalmağı qənaətinə gələrək onu evə buraxıblar. Sənətkarın ağ ciyərlərinin tamamilə sıradan çıxması onun digər daxili orqanlarının fəaliyyətində də ciddi problemlər yaradıb. Hazırda evdə huşsuz halda olan Rəhman Əlizadə süni nəfəs aparatına qoşulu vəziyyətdədir.
***
Press24.az-ın bu dəqiqələrdə əldə etdiyi məlumata görə, Dövlət Kukla Teatrının baş rejissoru Rəhman Əlizadə dünyasını dəyişib.