Martın 11-də “Əsgər ölümünə son” şüarı ilə keçirilən aksiya zamanı saxlanan azı 20 iştirakçı Nəsimi və Səbail rayon məhkəmələrinə gətirilib. Bu barədə AzadlıqRadiosuna AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı məlumat verib. Onun sözlərinə görə, Nəsimi rayon məhkəməsinə gətirilənlərin üzündə xəsarət izləri olub: “Saat 11:30-da 5 nəfər AXCP üzvü Nəsimi rayon məhkəməsinə gətirildi. Bu yalnız bizim gördüklərimiz idi. Dəqiq say açıqlanmır ki, neçə nəfər saxlayıblar. Məhkəməyə gətirilənlərdən Renad Nəcəfovun və Ənvər Hüseynovun üzündə xəsarət izi var idi”.
Nəsimi rayon məhkəməsinə AXCP üzvləri Nihad Hüseynov, Renad Nəcəfov, Elvin Baycan, Ramin Musayev, Ənvər Hüseynov gətirilib.
Səbayel Məhkəməsinə gətirilənlər Babək Həsənov, Təzəxan Mirələmli, Məhəmməd Məcidli, Zaur Məmmədov, Aqil Əliyev, Vüsal Bayramov, Türkel Əlisoy, Rauf Məmmədli, Şamil Beydullayev, İlkin Əliyev, Azər Sadıqov, Osman Əhmədlidir.
Nəsimi və Səbail rayon məhkəmələrində artıq cərimələnənlər və həbs olunanlar var:
Ənvər Hüseynov (AXCP) – 500 AZN
Ramin Musayev (AXCP) – 400 AZN
Şamil Beydullayev (Müsavat) – 500 AZN
Renad Nəcəfov (AXCP) – 600 AZN
Zaur Məmmədov (AXCP) – 500 AZN
Aqil Əliyev (AXCP) – 600 AZN
Rauf Məmmədli (Müsavat) – 500 AZN
Azər Sadıqov (ADP) – 500 AZN
Zaur Əkbər (Gənclər Klubu) – 300 AZN
Nihad Hüseynov (AXCP) – 500 AZN
Taleh Məmmədli (bitərəf) – 500 AZN
Zaur Məmmədov (AXCP) – 500 AZN
Aqil Əluyev (AXCP) – 600 AZN
Rauf Məmmədli (Müsavat) – 500 AZN
Osman Əhmədli (ADP) – 500 AZN
Cavid Qarayev (REAL) – 500 AZN
Məhəmməd Məcidli (AXCP) – 7 sutka həbs
Türkel Əlisoy (AXCP) – 7 sutka həbs
Elvin Baycan (AXCP) – 7 sutka həbs
Xatırladaq ki, martın 10-da Bakının Fəvvarələr meydanında “Əsgər ölümünə son” tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyada 100-dən çox adam saxlanıb. Onlardan 100-ə qədəri gecə saatlarında sərbəst buraxılıb.