
12 yaşında Taliban militanı ilə evləndirilən Ayişə adlı gənc qızın yaşadıqları bütün dünyanın marağındadır.
Belə ki, ailəsinin zorla evləndirdiyi Ayişə əri və onun ailəsinin ona qarşı olan fiziki və psixi şiddətlərə dözməyərək 2010-cu ildə evdən qaçmağa cəhd göstərib. Ancaq qəddar ər buna həddindən artıq əsəbiləşib və hal-hazırda 19 yaşı olan Ayişənin qulaqlarını və burnunu kəsib. 2010-cu ildə Time jurnalında şəkilləri yayımlandıqdan sonra dünyanın tanıdığı Ayişəyə bir müddət protez burun taxılıb. Daha sonra çətin müalicə prosedurlarına başlayan gənc qız bundan sonra yeni burnuna qovuşa bilib. Yeni görüntüsüylə xoşbəxt olduğunu söyləyən Ayişənin medianews.az olaraq fotolarını sizlərə təqdim edirik.









medianews.az