Medianews.az
DNF PREZİDENTİ “KENQURULAR DİYARI”ında DÖVLƏT İSTİQRAZLARINI ALIR
135 baxış

DNF PREZİDENTİ “KENQURULAR DİYARI”ında DÖVLƏT İSTİQRAZLARINI ALIR

Dövlət Neft Fondunun bu uzaq qitəyə yatırımı müxalifətin etirazı ilə qarşılanıb, hesab edilir ki, bu, dövlət səhmlərinin qeyri-şəffaf şəkildə idarə olunması ilə nəticələnəcək

Azərbaycan Dövlət Neft Fondu Avstraliyanın dövlət istiqrazlarını almağa başlayıb. Məlumatı “Wall Street Journal” qəzeti yayıb. “Kürüsü və nefti ilə zəngin olan Azərbaycan Avstraliyanın hökumət istiqrazlarını alır” deyə, qəzetin məqaləsində bildirilir. Qəzet yazır ki, bununla Azərbaycan investisiyanı Beynəlxalq Valyuta Fondunun (BVF) “etibarlı əmanət valyutası” hesab etdiyi Avstraliya dollarına yatırır.

Qəzet hazırda Avstraliya hökumətinin istiqrazlarını almaq üçün bütün dünyada bir çox təyinatlı dövlət sərvəti fondlarının (Azərbaycan Dövlət Neft Fondu da bu kateqoriyaya aiddir) “növbəyə dayandığını” yazır. Öz istiqrazını satan hökumət xarici borclarını qısa müddətdə ödəmək imkanı qazanır. Elə bu üzdən hökumət istiqrazlarının alınmasını «borcların satın alınması» kimi də açıqlamaq olar. Əlbəttə, alıcılar bu işi təmənnasız görmür, kreditləri dəqiq şərtləndirilmiş müddətə və dəqiq sələm faizinə verirlər.

«Wall Street Journal»ın məlumatına görə, indi 33 milyard dollar vəsaiti olan Azərbaycan Dövlət Neft Fondu Avstraliya istiqrazlarını ötən ilin iyulundan almağa başlayıb. Avstraliya dollarının bir ayın içində 3-4 faiz bahalaşması da məhz həmin dövrə təsadüf etmişdi.

«Bu addım Azərbaycanın valyuta zənbilini şaxələndirmək məqsədilə atılıb» deyə, «Wall Street Journal»ın suallarını yazılı cavablandıran Azərbaycan Dövlət Neft Fondu bildirib. Fondun fikrincə, ABŞ və Avropanın maliyyə bazarlarındakı hazırkı aşağı kredit faizləri mühitində bu siyasəti seçmək qaçılmaz idi. Qəzet bəzi maliyyə analitiklərinin Avstraliya istiqrazlarını Azərbaycan kimi ölkələrin almasını tənqid etdiyini də diqqətə çatdırıb. Həmin təhlilçilər istiqrazların bənzər alışı nəticəsində Avstraliya dollarının ABŞ dolları ilə müqayisədə «daha aşağı» və «daha təbii» nisbətini pozduğunu düşünürlər. «Wall Street Journal» bu addımı atan Azərbaycanın Rusiyanın da daxil olduğu ölkələr sırasına qatıldığını yazır və son bir ildə Avstraliya istiqrazı satışının 76 faiz artdığını vurğulayır. Analitiklər sözügedən artımı Avstraliyanın borclarının azlığına və bu ölkədə təxminən 100 adamdan 5-nin işsiz olmasına bağlayırlar. Ölkənin maliyyə göstəriciləri o qədər yaxşıdır ki, BVF Avstraliya dollarını beynəlxalq «güvənli əmanət valyutası» elan etməyə hazırlaşır. İndi yalnız ABŞ dollarının, avro və Britaniya funt-sterlinqinin, Yaponiya yeni və İsveçrə frankının bənzər statusu var. Hökumət istiqrazları həm də ona görə «güvənli əmanət» sayır ki, borcu satın alan subyektin (bu halda Azərbaycan Dövlət Neft Fondunun), ən pis halda, qoyduğu pulu geri götürmək imkanı qalır. Düzdür, daha pis hallar da var. Məsələn, Rusiyanın borclarını alan bir sıra Qərb ölkələri rublun məzənnəsi enib-qalxdığından, 1998-ci ildə pullarını geri ala bilməyiblər. «Wall Street Journal»ın məlumatına görə, Azərbaycan Dövlət Neft Fondu indiyədək 200 milyon Avstraliya dolları (209 milyon ABŞ dolları) dəyərində istiqraza sahiblənib, ancaq nizamnaməsinə görə vəsaitlərinin yalnız 5 faizini kredit reytinqi «A» kateqoriyasına və ondan daha yüksək kateqoriyaya daxil olan ölkələrdə saxlaya bilər.

ARDNF-in Avstraliyanın dövlət istiqrazlarını aldığı barədə fondun hesabatında da məlumat verilib. Orada deyilir ki, valyuta ehtiyatlarının diversifikasiyası məqsədilə iyul ayında 200 milyon Avstraliya dolları alınaraq Avstraliyanın dövlət istiqrazlarına investisiya edilib. «Wall Street Journal»ın mövzu ilə bağlı digər məqaləsində isə deyilir ki, Azərbaycanın Avstraliyanın dövlət qiymətli kağızlarını alması bu ölkə müxalifəti tərəfindən tənqidlə qarşılanır. Müxalifətin qurduğu “kölgə kabineti”nin maliyyə naziri Co Hoki hökumətdən tələb edib ki, hansı xarici ölkəyə nə qədər dövlət istiqrazının satıldığı açıqlansın. Onun sözlərinə görə, bəzi xarici ölkələr Avstraliyanın dövlət istiqrazlarını əllərində saxlayaraq bundan qeyri-şəffaf istifadə edirlər. Liberal Milli Koalision Partiyasının əsas fiqurlarından olan Co Hoki hazırda parlamentdə azlıqda olan Əmək Partiyasının qurduğu hökumətin baş naziri Culiya Gillardın dövlət qiymətli kağızlarının idarə olunması üzrə siyasətinin yanlış olduğunu deyib. O bildirib ki, partiyası hökuməti təşkil edəndə bu siyasətə düzəliş ediləcək. Lakin müstəqil analitiklərə görə, müxalifətin şəffaflıq barədə tələbləri xarici investorları çəkindirəcək. Çünki əksər investorlar gizli, offşor şirkətlər və müxtəlif suveren fondlar üzərindən əməliyyatlara üstünlük verir. Avstraliyanın Xarici İnvestisiyalar üzrə Müşahidə Şurasının rəhbəri Brayan Uilson isə bildirib ki, siyasi partiyalar öz proqramlarını ölkəyə xarici investisiyaların yatırılmasını əngəlləyəcək müddəalardan uzaq tutmalıdır.

Xatırladaq ki, bu ilin yayında Azərbaycan Dövlət Neft Fondunun Macarıstanın dövlət qiymətli kağızlarının bir hissəsini alaraq ölkənin dövlət borclarına investisiya yatırmaq planları məlum olmuşdu. Söhbət 1 milyard dollarlıq investisiya planlarından gedirdi. Lakin tərəflər arasında danışıqlar aparılsa da, anlaşmanın əldə olunması baş vermədi. ARDNF neft pullarının idarə edilməsi siyasətinə son vaxtlar düzəlişlər edir və xarici ölkələrdə elit daşınmaz əmlak, qızıl alınmasına milyardlarla dollar yatırır.

Siyasət şöbəsiDNF PREZİDENTİ “KENQURULAR DİYARI”ında DÖVLƏT İSTİQRAZLARINI ALIR

musavat.com

Bizə qoşulun