İkinci dəfə bıçaq altına uzanacaq Əməkdar artist: “Əməliyyat xərclərimi yaxın dostum ödədi” - ÖZƏL

Əməkdar artist Rəhman Rəhmanov öd kisəsindən əməliyyat olunub.

Hazırda Bakı Sağlamlıq Mərkəzində (BSM) müalicəsini davam etdirən sənətkar yaxın günlərdə ikinci dəfə əməliyyat olunacağı barədə Oxu.Az-a açıqlama verib:

“Birinci əməliyyatım ağır olsa da, peşəkar həkimlər tərəfindən uğurla aparıldı. Artıq palataya köçürülmüşəm. Hazırda özümü normal hiss edirəm. Amma həkimlər məni ikinci əməliyyata hazırlayırlar. Birinci əməliyyatda öd yolları zəhərlənmədən təmizləndi. Zəhər hətta qara ciyərə yayılmışdı”.

R.Rəhmanov əməliyyat xərclərinin bir hissəsini Bakı Sağlamlıq Mərkəzi tərəfindən ödənildiyini bildirib:

“Bu məsələyə sonuncu dəfə sizin vasitənizlə aydınlıq gətirmək istəyirəm. Əməliyyat xərclərimin yarısı həyat yoldaşım tərəfindən Bakı Sağlamlıq Mərkəzinə ödənilsə də, çox yaxın bir dostumun təkidi ilə pul bizə geri qaytarıldı. Əməliyyat xərclərimin yarısını dostum özü ödədi. Buna görə də Mərkəzə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Əməkdar artist ilkin olaraq mədəaltı vəzi və öd kisəsisində yaranmış problemlər səbəbi ilə komaya düşüb. Aktyor koma vəziyyətində öncə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına, oradan isə Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

Загрузка...