“Miqrasiya sənədini doldurarkən səhv edib”

Dünən Ermənistanın “news.am” saytına istinadən xəbər vermişdik ki, Kotayk əyalətində baş verən faciəli hadisə nəticəsində bir qadın və dörd nəvəsi ölüb. Qadın və dörd yetkinlik yaşına çatmayanlar şənbə günü günortadan sonra Nor Hachn qəsəbəsindəki bir mənzildə ölü olaraq tapılıb.

İlkin məlumatlara görə, 77 yaşlı Janna Simonyan və nəvələri – 16 yaşlı Eduard, 12 yaşlı Serine, 12 yaşlı 15 yaşlı Tiqran və 14 yaşlı Janna dəm qazından zəhərlənərək ölüblər. Meyitlərin ikisi hamamda, üçü isə yataq otağında aşkar edilib.

Ermənistan mətbuatı yazmışdı ki, uşaqların valideynləri boşanıb və Ukraynada yaşayırlar. Uşaqlara isə nənə və dayı baxırmış.

Yerli “ArmLur.am” saytı buğun də bu məsələni gündəmdə saxlayıb. Ölən uşaqların atası (fotosu verilsə də ad açıqlanmır) hadisədən xəbər tutduqdan dərhal sonra özünü hava limanına çatdırıb. (Hava limanının da adı çəkilmir) Ancaq o, Hava Limanında həbs olunub. Sayt həbsin səbəbi kimi miqrasiya ilə bağlı sənədin düzgün yazılmamasını göstərir. Deyilir ki, erməni ata uşaqların və anasının dəfninə çox tələsdiyinə görə səndləşmə işində yanlışa yol verib.

4 uşağı və anası ölən erməni Ukraynada həbs olunub - Foto

“ArmLur.am” həm də ölən uşaqların birgə fotosunu yayıb.

P.S Adı çəkilməyən erməni ata dəfndə iştiraka icazə almaq üçün Ukraynanın müvafiq orqanlarına müraciət edib. Hələ ki, bir cavab yoxdur.

Musavat.com

Загрузка...