Ötən gün qəzaya uğrayan Əməkdar artist Mehriban Xanlarovanın vəziyyəti pisləşib.
Medianews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, aktrisanın vəziyyətinin ağır olduğu bildirilib.
“Keçirdiyi avtomobil qəzası nəticəsində Mehriban xanımın səhhətində ciddi problemlər yaranıb. Hal-hazırda vəziyyəti orta ağırdır. Dualarınıza ehtiyacı var”, – deyə yaxınları əlavə edib.
Qeyd edək ki, qəza Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Aktrisanın ayağı əzilib. Yaralılar Klinik Tibbi Mərkəzə gətiriliblər. Ötən gün aktrisanın vəziyyətinin yaxşı olduğu açıqlanmışdı.