Serbiya prezidenti Aleksandr Vuçiç bir qrup vətəndaşın davamlı fit və təhqirlərindən dolayı öz iqamətgahı – “Andriçev venaç”ı tərk edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, prezidentin sarayı tərk etmə anını Serbiya televiziyaları lentə alıb.

Belə ki, iqamətgahın yaxınlığına toplaşan insanlar Vuçiçin ünvanına “Yalançı”, “Oğru” və olduqca qeyri-etik ifadələr səsləndiriblər.

Prezident də öz növbəsində ətrafa toplaşanlara bir neçə dəqiqəlik qulaq asıb, onlara uğurlar arzu edərək xidməti avtomobili ilə ərazini tərk edib.

Qeyd edək ki, bundan öncə A.Vuçiç Belqradda iğtişaş törədən şəxslərin cəzalandırılacağını bəyan etmişdi.

* * *

Serbiyanın paytaxtı Belqradda etirazçılar prezident Aleksandr Vuçiçin iqamətgahını mühasirəyə alıblar.

TASS-nın məlumatına görə, aksiya iştirakçıları iqamətgah boyunca canlı sipər yaradıblar.

Bildirilir ki, əraziyə minədək etirazçı yığışıb. Onlar prezidentin və hökumətin istefasını tələb edirlər. Həmçinin prezidentin binadan çıxıb onlara müraciət etməsini istəyirlər.

İnsident üzündən Belqradın mərkəzində avtomobil yolları bağlanıb.

Загрузка...