Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, “Real” səfərdə 2:1 hesabı ilə məğlub etdiyi “Ayaks”ı doğma meydanda qəbul edib.
Çempionlar Liqasının son üç qalibi mübarizəni gözlənilmədən dayandırıb. Amsterdam təmsilçisi meydan sahiblərinə 4:1 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.