İran Hind okeanının şimal hissəsində geniş miqyaslı hərbi-dəniz təlimləri keçirəcək.

“Mehr” agentliyinin məlumatına görə, bunu İran Hərbi-Dəniz Qüvvələri komandanının müavini kontr-admiral Turac Həsəni Mokaddam deyib.

O bildirib ki, təlimlər fevral ayının sonunda baş tutacaq.

Təlimlərdə gəmilər, sualtı qayıqlar, pilotsuz uçan aparatlar, radioelektron mübarizə kompleksləri və sahil raket komplekslərindən istifadə olunacaq.

Mokkadam bildirib ki, İran Hərbi-Dəniz Qüvvələrinin mövcudluğu Aralıq və Cənubi-Çin dənizlərində, habelə Ədən körfəzi və Süveyş kanalında qorunub saxlanılacaq.

Загрузка...