Загрузка...

Azərbaycan KİV-də azərbaycanlı qızın NASA-da işləməsi ilə bağlı yazı dərc olunub.

BAKU.WS-in məlumatına görə, yazıda Sevinc Məmmədova adlı xanımın NASA-dakı fəaliyyətindən söhbət açılır.

Ancaq maraqlısı ondadır ki, sözügedən xanımın NASA-da işləməsi haqqında yazılanlar həqiqətə uyğun deyil. Belə ki, Sevinc Məmmədova adlı gənc xanım əslində olmayan qəhrəmandır.

Saxta profil açan şəxs profilə Kosovadan olan Pranvera Hyseninin fotolarını yerləşdirib.

NASA-da işlədiyi deyilən azərbaycanlı qızın yalanı üzə çıxdı - FOTO
Kosovoda “Outreach Astronomiya” qurumunun təsisçisi və direktorudur. Xanım Priştina Universitetində – Təbiət Elmləri və Riyaziyyat Fakültəsində təhsil alır.

NASA-da işlədiyi deyilən azərbaycanlı qızın yalanı üzə çıxdı - FOTO
Sosial şəbəkədə bu profili istifadə edən şəxs KİV-ə müraciət edərək onun haqqında məlumatlar hazırlanmasını xahiş edir. Onun bu addımı hansı səbəbdən etdiyi məlum deyil. Saxta qəhrəmanın bu yolla məşhurluq qazanmaq arzusunda olduğu güman edilir.