Загрузка...

Xəbər verdiyimiz kimi, Sumqayıtda kimliyi bilinməyən bir nəfər itin gözlərini oyub.

BAKU.WS xəbər verir ki, görüntüləri izləyən aktrisa Gülşən Hüseynli göz yaşlarını saxlaya bilməyib.

Aktrisa hər kəsi heyvanlarla qəddar davranmamağa səsləyib. G.Hüseynli videomüraciətində bunları deyib:

“”Facebook”da gözləri çıxarılmış itin videosunu gördüm və insanlığa nifrət etdim. İnsan nə cür belə qəddar ola bilər ki, bir itin əl-qolunu bağlayıb onun gözlərini çıxartsın. O it sənə nə etmişdi axı, ay şərəfsiz insan. Xahiş edirəm, heyvanları öldürməyin, heyvanları qoruyun, axı onlar da canlıdır, əziyyət çəkirlər. Mən dünəndən özümə gələ bilmirəm. Xahiş edirəm, gəlin dəstək olaq, qoymayaq heyvanları incitsinlər”.

G.Hüseynli saytımıza onu da bildir ki, həmin itin əməliyyatı üçün bütün xərcləri ödəyəcək.