Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinədə Prezident Rəcəb Tayyib Ərdoğan və onun sədr olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) möhtəşəm qələbəsi ölkə ictimaiyyəti tərəfindən böyük coşqu ilə qarşılanıb.
AZƏRTAC xəbər verir ki, hazırda Türkiyənin bütün bölgələrində, küçə və meydanlarda, o cümlədən AKP-nin mərkəzi qərargahı da daxil olmaqla bütün şəhər və rayon şöbələrinin qarşısında möhtəşəm izdiham yaşanır.
Prezident Rəcəb Tayyib Ərdoğanın izdiham qarşısında çıxışı nəzərdə tutulub.