Kazan şəhərində kolumbiyalı futbol azarkeşləri sərxoş vəziyyətdə çayda batmaq təhlükəsi ilə üzləşmiş yerli sakini xilas edib.
Oxu.Az xəbər verir ki, həddin artıq spirtli içki qəbul etmiş həmin şəxs birdən birə soyunaraq, Kazanka çayına baş vurub.
Yaxınlıqdakı kafedə əyləşən kolumbiyalı turistlər əvvəl kişinin hansısa mübahisədə iştirak etdiyini zənn edib, ancaq sonradan onun müstəqil şəkildə sudan çıxa bilmədiyini görüblər.
Beləcə fanatlar buna biganə qalmayaraq çəpəri aşıblar və sərxoş kişini kəndirin köməkliyi ilə quruya qaldırıblar.
Xilas edilən kişi kefli olmasına baxmayaraq, nəzakətli insan olub. Belə ki, xilaskarlarına ingilis dilində təşəkkür edib: “I love you.Thank you!”