Загрузка...

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəis müavini, general Ergin Sayğun Ağ Evdə onu aşağılamaq istəyən amerikalı mütəxəssislərə dərs verib.

Teleqraf.com-un məlumatına görə, Baş Qərargahın ikinci adamı 2006-cı ildə ABŞ-a dəvət edilib. O, səfər zamanı Ağ Evdə ABŞ Milli Təhlükəsizlik Şurasının ikinci adamı Jak Kreyş ilə görüşəcəkmiş.

Türk general Ağ Evə daxil olarkən hərbi salam verilməli olduğu halda Mərkəzi Kəşfiyyat İdarəsinin iki əməkdaşı onu dayandıraraq təhlükəsizlik aparatından keçirməyə cəhd edir. Əsl fırtına da bu zaman qopur.

Aparatdan keçərkən generalın uniformasındakı metal düymələr səs edir. MKİ əməkdaşları nəzakətli formada “Sizin üzərinizi axtarmağa məcburuq” deyirlər. General gülümsəyərək geri dönür və avtomobilinə əyləşərək Ağ Evi tərk edir.

Hadisənin səhəri Ağ Ev nümayəndələri üzrxahlıq edərək generalı yenidən görüşə dəvət edirlər. Ergin Sayğun isə bildirir ki, cənab Kreyş özü otelə gəlsin. Bir saat sonra ABŞ Milli Təhlükəsizlik Şurasının ikinci adamı otelə özü gəlməli olur.

Bu hadisə 2006-cı ildə baş verir. 2007-ci ildə general Ergin Sayğun Ağ Evin oval ofisinə baş nazirlə birlikdə dəvət olunur. Otaqda ABŞ prezidenti və daha 6 Amerika rəsmisi də müzakirələrə qatılır. Bir il əvvəl Ağ Evin qapısında yoxlamağa cəhd etsələr də, sonradan general Ergin Sayğun oval ofisə ayaq basan ilk türk generalı olur.

Dörd il sonra, 2011-ci ildə İstanbul Məhkəməsi təqaüddə olan 133 hərbçi həbsi haqqında qərar çıxarır. Həbs edilənlər arasında I Ordunun sabiq komandanı Çətin Doğan, təqaüddə olan general-leytenant Ergin Saygun və general Nicat Bekin də vardı…