Avstriyanın radikal sağ təmayüllü Azadlıq partiyasının üzvü Qotfrid Voldhausun debat zamanı söylədiyi fikir dünya mediasının diqqətini cəlb edib.
Axar.az xəbər verir ki, əyalət məclisini deputatı olan Voldhaus xaricdən gələn itlərin yerli itləri sıxışdırdığını dilə gətirib.
O bildirib ki, ölkə kənarından gələn itlər ölkədə olan itləri qovur.
Siyasətçi bunun üçün hökumətin təcili tədbirlər görməli olduğunu da əlavə edib.
Voldhausun bu açıqlaması ölkə ictimaiyyətinin lağ obyektinə çevrilib.