Fransa prezidenti Emanuel Makron və həyat yoldaşı Biricit Makron qarşılama mərasimində Donald Tramp və həyat yoldaşı Melaniya Tramp arasında əl-ələ tutmaq üstündə kriz yaşanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, foto çəkilişi zamanı D.Tramp həıyat yoldaşının əlini tutmaq istəsə də, M.Tramp bu istəyi geri çevirib.
Bir neçə cəhddən sonra xanım Tramp əl-ələ tutmağa razı olub. ABŞ-ın birinci xanımı qırmızı xalıda hərəkət edən zaman isə halından razı olmadığını bədən dili ilə nümayiş etdirib. Xalıdan keçdikdən dərhal sonra isə əlini buraxıb və Donald Trampın iki addım arxasınca getməyə başlayıb.
Xatırladaq ki, Melaniya Tramp 2017-ci ildə İsrailə səfər zamanı da Donald Trampın əlini tutmaqdan imtina etmişdi.
Minval.İnfo