Загрузка...

Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak “Rossiya 1” telekanalının efirində birbaşa yayımlanan debatda göz yaşlarını saxlaya bilməyib.

RİA Novosti-nin məlumatına görə, seçicilərə 30 saniyəlik müraciətdən sonra Sobçak, həmkarlarının hər dəfə onun sözünü kəsməyə çalışmalarından hiddətlənib.

“Bu insanlar burada yalnız mənim sözümü kəsirlər” deyə Sobçak teledebatın aparıcısı Vladimir Sovalyova gileylənib və ona əlavə vaxt ayırmasını tələb edib.

Sobçak ağlayaraq, Liberal Demokratlar partiyasının lideri Vladimir Jirinovskinin ona bir kəlmə belə deməyə imkan vermədiyini, onu təhqir etdiyini diqqətə çatdırıb.

“Siz isə hər dəfə buna imkan verirsiniz”, – deyə Sobçak aparıcıya irad tutub.

“Mən hesab edirəm ki, bir namizədin kollektiv təqibi, qadının göz yaşlarına qədər çatdırılması biabırçılıqdır”, – deyə debatı yekunlaşdırarkən Solovyov bildirib. Amma o bu sözləri deyərkən Kseniya Sobçak studiyanı tərk edib./Virtualaz.org/