Загрузка...

İosif Stalin əliqanlı canidir.

Axar.az xəbər verir ki, bu sözləri öz Teleqram səhifəsində Çeçenistan rəhbəri Ramzan Kadırov paylaşıb.

“Çeçen xalqının tarixində çoxlu faciəvi hadisələr olub. Lakin bu savaşlardan heç biri Stalinin çeçen xalqına qarşı repressiyaları ilə müqayisə ediləcək səviyyədə deyil. Ona əbədi lənət olsun. Döyüşkən, vətənpərvər çeçen xalqı xalq düşməni adlandırıldı. Biz milli faciəmizi xatırlayırıq, amma yeni Rusiya qururuq”, – deyə o bildirib.

Qeyd edək ki, 1944-cü ilin 23 fevralında Stalin çeçenləri Almaniya ilə ittifaqda ittiham edərək onların Mərkəzi Asiya və Qazaxıstana deportasiyası haqqında əmr vermişdi. Nəticədə 500 min insan öz yurdundan didərgin salınmışdı.

Çeçenlərə yalnız 1957-ci ildə Çeçenistana dönməyə izn verildi.