Amerikalı Culia Caples, qanını sorması üçün onun yanına gələn bir çox insanlar birlikdə qəribə bir cəmiyyətdə yaşayır. Amma onların arasında təkcə nişanlısının qanını içir. Ümumilikdə isə o, ayda 2 litrə yaxın qan tökür. Amerikada yaşayan 2 uşaq anası Culia Caples həqiqi bir vampir olduğunu iddia edir. Qəribə bir yeraltı cəmiyyətini idarə edən qadının çevrəsində qanını sorması üçün az qala yalvaran insanlar var.
50 yaşındakı qadın Pensilvaniyadakı cəmiyyətdə yaşayan insanların qanlarını sorsa da, sadəcə, öz nişanlısının qanını içdiyini deyir. Bu hissi isə cinsi enerji partlaması olaraq qiymətləndirir. Qan içmə ilə bağlı yaranan qorxuları qırmaq istədiyini deyən qadın 1990-cı illərin əvvəllərindən bəri dünyanın müxtəlif yerlərini gəzir.
Vaxtilə qadını qonşusu öldürməyə çalışıb. Daha sonra isə yaşadığı şəhərdən qovulub və işini itirib. Asan bir həyat keçirmədiyini deyən Culia “Qara Gül” olaraq çağırılır. Həqiqi bir vampir olduğunu iddia edən qadına qanını əmdirmək istəyən bir çox insan yaşadığı qəsəbəyə axın edir.
Musavat.com