“Maşın” şounun dördüncü günü baş tutub.
Musavat.com xəbər verir ki, sms səsverməsinə müğənni Günel Ələkbərova çıxıb. O, səs toplayarsa, prodüser Vüsalə Kərimovanı çıxaracağını deyib. Iki xanım arasında veriliş boyu mübahisə yaşanıb. G. Ələkbərova 33.06 faiz səs toplayaraq oyundan gedib.
Qeyd edək ki, Vüsalə Kərimova, meyxanaçı Vüqar, Tünzalə Əliyeva, Xatun Əliyeva, İlqar Mikayıloğlu, İlkin Misgərli, Ülviyyə Alovlu, Zemfira Adgözəlova, Rauf Əhmədov, Talıb Taleh, Elşad Xose, Vüsalə Əlizadə, Mehriban Xanlarovanın mübarizə apardığı şounun qalibinə 60 min dəyəri olan “Nissan Altima Restyle” avtomobili hədiyyə olunacaq.