Hadisə Türkiyənin Şanlıurfa ərazisində qeydə alınıb.
Publika.az xəbər verir ki, 33 yaşlı suriya əsilli Nahiyə Atay 2004-cü ildə Əhməd Atay ilə ailə qurub. İzdivacdan onların 7 övladı dünyaya gəlib.
Həyat yoldaşının ikinci arvadı olan qadın onun ilk evliliyindən olan uşaqları ilə daim mübahisə yaşayırmış. Baş verən mübahisə zəminində ögey oğlu qadını küt alətlə döyərək qətlə yetirib. 6 saat cəsədi evdə saxladıqdan sonra axşam saatlarında yaşadıqları binanın 2-ci mərtəbəsindən yerə ataraq hadisəni intihar olaraq qələmə verməyə çalışıb.
Hadisə yerinə gələn tibbi briqada qadının cəsədini ekspertizaya aparıb. Tibbi rəyə əsasən, qadın eyvandan düşməzdən 6 saat əvvəl dünyasını dəyişib. Qadın hamilə olub.
Hadisə ilə bağlı istintaq başladılıb. Polislər qadının ögey oğlunu şübhəli şəxs qismində saxlayıblar.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.