Dəhşətli qəza keçirdiyi deyilən Şəbnəm Tovuzlunun SON DURUMU: Əri klinikada dava saldı – YENİLƏNİB

Müğənni Şəbnəm Əsədova Bakı-Qazax yolunda qəzaya uğrayıb.

Big.az xəbər verir ki, hadisə bu gecə sənətçi Gəncədən Bakıya qayıdarkən baş verib. Qəflətən qarşılarına çıxan “VAZ 07” avtomobili ilə toqquşan “Mercedes Viano” maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərərçəkmişlərdən – sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı – müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

***

Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya düşdüyü və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi deyilən müğənni Şəbnəm Tovuzludan xəbər var.

Yenicag.az-ın verdiyi məlumata görə, müğənninin xalası qızı Aytac müğənninin vəziyyətinin qənaətbəxş olduğunu deyib:

“Şəbnəm yaxşıdır, xəstəxanadadır, yəqin sabah çıxar. Qəza zamanı yüngül xəsarət alıb”.
Big.az-ın xəbərinə görə müğənninin idarə etdiyi “Mercedes Viano” maşını qarşılarına çıxan VAZ 07 avtomobili ilə toqquşub.