Bakı şəhər sakini Susana Şərifovanın intiharıyla bağlı saxlanılan vətəndaş nikahında yaşadığı həyat yoldaşı Əbülfəz Baxşıyevin anası Simuzər Nüsrətbəyli oğlunun sözügedən məsələyə görə həbs olunmasını ədalətsiz hesab edir.

“Ölkə.Az”-ın məlumatına görə, S.Nüsrətbəyli gəlininin başqa səbəbdən intihar etdiyini düşünür:

“Susana Şərifovanın özünə qəsd etməsində, həyat yoldaşı Əbülfəz Baxşıyevin günahlandırılması tam yalandır. Bu intihara səbəb tam başqa şeylərdir. Psixoloji cəhətdən normal olmayan Susana Şərifovaya ailədə həmişə göəl qayğı göstərilib. Yaxşı ki onun özünü intihar zamanı çəkilmiş videoları var. Həmin videoda hər şey açıq-aşkar görünür. Böhtan atanlar Allahdan qorxsun, ağızlarına gələni yazmasınlar. Susananın niyə intihar etməsi barədə sübutlar da var. İnşallah, haqq öz yerini tapacaq”

Qeyd edək ki, “Qafqazinfo”nun yaydığı xəbərdə bildirilir ki, Susana Şərifovanın ölümü ilə bağlı həbs olunan Əbülfəs Baxşıyevin anası Simuzər Nüsrətbəyli (Baxşıyeva) şair-publisistdir. O, AYB-nin üzvü olmaqla yanaşı, 10 kitabın müəllifidir. Eyni zamanda, “Ədəbiyyat qəzeti”nin əməkdaşıdır. Əbülfəs şairənin yeganə oğludur. Həm Susana, həm də əri əslən Lənkərandandır.

Qeyd edək ki, Susana azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü pəncərədən atıb. Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla Baxşiyev Əbülfəs Yusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da faktiki ər-arvad kimi birlikdə yaşadığı və maddi cəhətdən asılı olmuş Susana Şərifovanı dəfələrlə döyüb işgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan Ə.Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilib.

loading...