Hazırda məhkəməsi davam etdirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun yeni görüntüsü yayılıb.
Report-un xəbərinə görə, foto Sabunçu Rayon Məhkəməsinin inzibati binasında çəkilib.
17 aydır həbsdə olan A.Çovdarovun fotosunda onun xarici görünüşündə dəyişikliyin olması gözə çarpır.
Bu, A.Çovdarovun məhkəməsi başlayandan sonra çəkilmiş ilk fotosudur.