Azərbaycanda bu rayonda avtomobillərin sayı artıb: rayon mərkəzində tıxaclar yaranır

 

Son 3 ildə Bərdə rayonunda avtomobillərin sayı xeyli artıb. Buna görə də rayonda gediş-gəlişdə çətinlik yaranır.

Xezerxeber.az məlumat verir ki, rayonda qediyyata alınmış avtomobillər arasında Rusiya istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edir.

Sürücülərin sözlərinə görə, nəqliyyat vasitələrinin bu cür artımı nəticəsində rayon mərkəzində tıxaclar yaranmağa başlayıb.

Bərdə rayon yol polisindən isə bildirdilər ki, nəqliyyatın sıxlığının artması şəhərdə əlavə yol tənzimləyici nişanların, habelə işoqforların quraşdırılmasını zəruri edir. Bu işlərə artıq başlanılıb və proses davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

loading...