Aktrisa Syuzan Sarandonun nəvəsi dayənin məsuliyyətsizliyinin qurbanı olacaqdı.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Syuzanın aktrisa qızı Yeva Amurri ötən ilin payızında ikinci dəfə ana olub. Medjer adlı oğlunu Yeva evdə dünyaya gətirib.
Daha sonra işlərinin çoxluğundan ona dayə tutublar.
Bir gün axşam dayə Medjeri qolunda yatırdıb və özü də yuxuya gedib. Bu zaman əlləri boşanan dayənin qolundan uşaq döşəməyə çırpılıb. Xoşbəxtlikdən həm Yeva, həm Syuzan evdə olublar. Onlar uşağın qışqırığına otağa daxil olublar və onu döşəmədə görüblər.
Dərhal xəstəxanaya aparılan körpənin qabırğalarının sındığı və daxili qanaxmanın olduğu öyrənilib. Həkimlər bildiriblər ki, bir dəqiqə belə uşaq gec gətirilsəydi, ölə bilərdi.
Hazırda Medjerin vəziyyəti yaxşıdır. Amurri vurğulayıb ki, artıq bundan sonra övladlarını heç bir dayəyə etibar etməyəcək və onlara yalnız özü baxacaq.