Müğənni Emrahın birinci evlilikdən olan böyük oğlu Tayfun Erdoğan atasının onu İnstaqramda “qara siyahı”ya saldığını deyib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Tayfun atasının fanatları tərəfindən tez-tez paylaşılan fotolara işarələnməsindən narahat olduğunu bildirib:
“Tez-tez məni Emrah Erdoğanın fotolarına işarələyirlər. Demək istəyirəm ki, Emrah Erdoğan, yəni atam tərəfindən İnstaqramda uşaq kimi “qara siyahıya” salınmışam. Məni blok etdiyi üçün boş yerə işarələməyin”.