Alman nəhəngi “Mersedes” firmasının istehsalı olan lüks avtobus görənləri heyran edir.
Axar.az xəbər verir ki, 1996-cı ildən istehsala başlanılan “Vario” modeli 21 il ərzində sürətli inkişaf dövrü keçib. 5 və 4 silindrli turbo dizel mühərrikli avtobuslar 5 pilləli avtomatik transmissiya sistemi ilə təchiz olunub. Lüks avtomobil 4,4 ton yükü daşımaq qabiliyyətinə malikdir.
Avtobus ən son biznes-klass sinifinə aiddir və burada hər şey istirahət üçün nəzərdə tutulub. Avtobusun dəyəri təxminən 400 min avroya bərabərdir.
Alman nəhəngi “Mersedes” firmasının istehsalı olan lüks avtobus görənləri heyran edir.