Görkəmli cazmen, xalq artisti Rafiq Babayevin 80 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.
Axar.az xəbər verir ki, tədbir mayın 13-də saat 15:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında baş tutacaq. Qeyd edək ki, Rafiq Babayev 1937-ci il martın 31-də Bakıda anadan olub və 19 mart 1994-cü ildə metroda baş vermiş terror aktı zamanı vəfat edib.