Suriyanın şimalında möhkəmlənən İŞİD terrorçuları Türkiyənin Kilis şəhərini Qrad raketlərindən atəşə tutub.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Qeyd edək ki, Kilisin fasiləsiz olaraq atəşə tutulması nəticəsində ilin əvvəlindən bəri onlarla sakin həlak olub.